On gündür Muğanlının suyu yoxdur - Aidiyyatı qurumlar ölçü götürmür

  • 14 iyul, 18:23
  • 0000, 00:00

On gündür Muğanlının suyu yoxdur - Aidiyyatı qurumlar ölçü götürmür

Bərdə rayon Muğanlı kəndində on günə yaxındır su yoxdur.

Belediyye.netin məlumatına görə, bu haqda Muğanlı kənd sakini Vidadi İsmayılov özünün "Facebook" hesabında yazıb.

Vidadi İsmayılov yazıb ki, kənddə iki artizan quyusu var. Ancaq hər ikisinin motoru yanıb.

Kənd sakini problemdən aidiyyatı qurumların xəbərdar olduğunu, buna baxmayaraq ölçü götürmədiklərini deyir.

"Ağaclarımız yanır, heyvanlarımız susuzdan mələyir", sakin bildirir.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.