Xətai rayon sakinləri məhəllədaxili yolların təmirsiz olmasından şikayətçidirlər

  • 22 sentyabr, 11:14
  • 0000, 00:00

Xətai rayon sakinləri məhəllədaxili yolların təmirsiz olmasından şikayətçidirlər

Xətai rayon Əhmədli qəsəbəsi Neapol 41, Məzahir Rüstəmov, 31 və Lütfi Zadə, 18 ünvanlarında yerləşən binaların sakinləri evlərin qarşısındakı ərazinin abadlaşdırılmasını və istirahət üçün şərait yaradılmasını xahiş edirlər.  

1977-ci ildə tikilən binalarda təxminən 1100 ailə yaşayır. Sakinlər bildirirlər ki, həyətdə olan meyvə ağaclarını özləri əkiblər. Bu günə qədər ağacları evlərindən vedrələrlə su daşıyaraq suvaran sakinlər əziyyət çəkirlər.

Asudə vaxtlarını açıq havada təmiz və abad həyətdə keçirmək istəyən sakinlərin arzusu azyaşlıların burada rahatlıqla qaçıb oynamalarıdır. Çünki bura yığlan şüşə və sümük qırıntılaqrı uşaqlar üçün təhlükə yaradır. Sözügedən tullantıların üfunətinə yığışan zərərli həşaratları isə təsəvvür etmək heç də çətin deyil.

Sakinlər Real.tv-yə deyiblər ki, bir zamanlar bu məhəllə cənnət bağına bənzəyirdi. Hazırda zibillərlə dolu bu yer əvvəllər yamyaşıl ot ilə örtülmüşdür. Ən əsas problemlərdən biri də ümumi istifadə üçün kran və məhəllə sakinlərinin oturub istirahət etməsi üçün oturacaqların olmamasıdır. Sakinlər həyətlərinin əsaslı şəkildə təmir olunacağı günü səbirsizliklə gözləyirlər.

Xətai RİH-nin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanovun sözlərinə görə, məsələ ilə bağlı qurumun ətraflı məlumatı var və ünvana baxış keçirilib. Hazırda Xətai rayonu ərazisində 4 yerdə abadlıq işləri aparılır. Onlar qrafik üzrə mərhələli şəkildə həyata keçirilir.

Pənah İmanov, həmçinin qeyd eidb ki, sözügedən ərazinin abadlaşdırılması qarşıdan gələn ilin əvvəli üçün nəzərdə tutulub.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.