Bu binanın eyvanı hər an uça bilər

  • 22 sentyabr, 11:26
  • 0000, 00:00

Bu binanın eyvanı hər an uça bilər

Paytaxtın Nəsimi rayon Salatın Əsgərova 203 ünvanında yerləşən binanın eyvanı qəzalı vəziyyətdədir.  

114 yaşı olan binanın eyvanlarından biri hər an dağıla bilər. AzTv xəbər verir ki, eyvanın yarısı tikilidən aralanaraq asılı vəziyyətdə qalıb. Buradan keçən vətəndaşlar və binada yaşayan sakinlər hər gün təhlükə ilə üzləşirlər. Sakinlərin sözlərinə görə, bu hal 2 ildir davam edir.

Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən (MKTB) məsələ ilə bağlı bildiriblər ki, hazırda sakinlərin köçürülməsi üçün danışıqlar aparılır. Bina tamamilə yararsız olduğundan yenidənqurma işlərinin aparılması mümkün deyil.

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.