Yeni sədrdən maraqlı təşəbbüs: Kitab fondu yaratmaq istəyirəm

  • 6 dekabr 2021, 09:46
  • 0000, 00:00

Yeni sədrdən maraqlı təşəbbüs: Kitab fondu yaratmaq istəyirəm

Ötən ay Astara rayonunun Hamoşam Kənd Bələdiyyəsinə sədr seçilmiş Rüfət Əliyev maraqlı təşəbbüslə çıxış edib. Rüfət Əliyev namizədlik platformasında kənddə kitab qıtlığı çəkən məktəblilərə dəstək olmaq üçün kitab fondu yaratmaq istədiyini bildirib. Sədr seçildikdən həmən sonra da təşəbbüsünü elan edərək bu yöndə ciddi addımlar atıb.

 

O, sosial şəbəkədə çağırış edərək kitab bağışlamaq istəyənlərə məramını açıqlayıb.

 

Hamoşamın bələdiyyə sədrinin bu çağırışı ictimaiətin diqqətini çəkib. Rüfət Əliyev artıq kitab bağışlayanların olduğunu bildirib, sosial şəbəkədə bu məzmunda paylaşımlar edib.

 

Rüfət Əliyevin müraciətini oxucularımıza təqdim edirik.

 

 

-Dostlar, yadınızdadırsa bələdiyyə seçkilərində proqramı açıqlayanda  kitab fondunun yaradılması da fəaliyyət istiqamətlərindən biri olacağını demişdim.

 

İndi sizin dəstəyinizlə o işi başlamaq istəyirəm. İstər orta məktəbdə oxuduğum illərdə, istərsə də sonrakı illərdə çox istedadlı uşaqların tədris vasitələrini almağa imkanı olmadığı üçün tədricən təhsildən yayındığını müşahidə etmişəm. Düzdür indi müsbətə doğru xeyli irəliləyiş var, dövlət kitablar verir. Amma ali və orta ixtisas təhsil müəssələrinə hazırlaşmaq üçün dövlətin verdiyi kitabların yetərli olmadığını hamımız bilirik. Əlavə abitueryent hazırlıq vəsaitləri, test tapşırıqları lazım olur. İnanın elə valedeyinlər var ki, maddi baxımdan bunları almaq imkanlarında olmur. Nəticədə gələcəyimiz olan saysız -hesabsız uşaqlar təhsil ala bilmir. Siz bu təşəbbüsə dəstək verməklə onlarla gəncin təhsilinə yardımçı olmuş olarsız.

 

Dəstəyiniz sayəsində bu təşəbbüsümüz uğurlu olarsa, digər bələdiyyələr də oxşar təşəbbüslərdə bulunar, nəticədə bütün ölkə üçün uğurlu bir örnəyi birlikdə vermiş olarıq. Bununla da bütün sivil ölkələrində əsas idarəetmə modeli olan , bələdiyyə inistitun formalaşmasına dəstək olmuş olarsız.

 

Dəstək olacaq dostlara öncədən təşəkkür edirəm.

 

 

Rüfət Əliyevin bu çağırışına səs verib dəstək olmaq istəyənlər Rüfət Əliyevin Facebookhesabına yazaraq əlaqə yarada bilərlər.

 

 

Belediyye.net

Copyright 2022 BELEDIYYE.NET.